​Milyarder 33 milyonunu uşaqlara bağışladı

Baxış sayı:
1858

"Amazon" şirkətinin təsisçisi Cef Bezos həyat yoldaşı ilə birlikdə miqrant uşaqlarının təhsil alması ilə məşğul olan “TheDream.US” qeyri-kommersiya təşkilatına 33 milyon dollar bağışlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc edilib. Təşkilatın nümayəndəsi bu məbləğin onların tarixində ən böyük yatırım olduğunu bildirib. O bu məbləğin kollecə daxil olacaq minlərlə gəncə təqaüd vermək üçün kifayət olduğunu söyləyib.
Qeyd edək ki, “Blomberq”in məlumatına əsasən, yanvarın 8-də Bezosun sərvəti 105,1 milyard dollara çatıb.