Millət vəkilindən şəhid zabitimizlə bağlı ÇAĞIRIŞ

Baxış sayı:
11206

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın Silahlı Qüvvələri bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb. Muxalifet.az xəbər verir ki, millət vəkili hərbi qulluqçumuza Allahdan rəhmət, ailəsi və yaxınlarına səbir diləyib. Q.Paşayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinə çağırış edərək işğalçı Ermənistanın bu cinayətlərinə səssiz qalmamağa, obyektiv mövqe tutmağa və kəskin etiraz səsini ucaltmağa çağırıb: “ATƏT-in Minsk Qrupunu ədalətsizliyə son qoymağa, işğalçı Ermənistanı kəskin şəkildə qınamağa və ciddi addımlar atmağa çağırırıq”.