​Millimiz Makedoniya ilə heç-heçə etdi

Baxış sayı:
8434

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Muxalifet.az AFFA-ya istinadla xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesab ilə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqləniblər.