Milli sosial şəbəkəmiz qlobal bazarda fəaliyyətini genişləndirir

Baxış sayı:
2166

Məlumunuz olduğu kimi, bir müddətdir ölkəmizdə QUP layihəsi tərəfindən hazırlanan equpy.com milli sosial şəbəkəsi fəaliyyət göstərir.
İstifadəçilər arasında böyük maraqla qarşılanan equpy.com hər gün fəaliyyətini təkmilləşdirməkdədir. 
Belə ki, sosial şəbəkədə növbəti dəfə bəzi yeniliklər edilib.
Uzun müddətdir digər sosial şəbəkələrdən (Instagram, WhatsApp, Facebook Messenger və s.)  tanış olduğumuz “Hekayələr” özəlliyi artıq milli sosial şəbəkədə də mövcuddur.
Qeyd edək ki,  bu özəllik sayəsində insanlar müəyyən bir anının fotosunu dostlarla paylaşa və eyni zamanda da dostlarının paylaşdığı “Hekayələr”-i görə bilər.
Sistemdə edilən yeniliklə artıq platformadaxili ödəniş məsələləri istifadəçilər üçün daha funksional olub. Belə ki, yeni "qupWallet" adında onlayn portmanat səhifələr üçün daha geniş tənzimləmələr, dəqiq reklam, bütün xidmətlər üçün ödəniş etmək, həmçinin istifadəçilər arasında pul alış-verişi etməyə imkan yaradır.
Milli sosial şəbəkədə digər yenilik isə dil dəstəyi ilə bağlıdır. Məlum olduğu kimi, sistemdə 14 dildən istifadə etmək mümkündür. İndi isə equpy.com yalnız Türkiyə, Rusiya və Azərbaycan bazarında deyil, Fransa, İngiltərə, hətta Çin və  Birləşmiş Ərəb Əmirliklərində də (BƏƏ) fəaliyyət göstərməyə hazırlaşır.
Onu da vurğulayaq ki, sistemdə yanvarın 15-nə qədər qeydiyyatdan keçən bütün istifadəçilərə 6 aylıq premium hesab hədiyyə ediləcək.
Xatırladaq ki, bir müdddət öncə milli sosial şəbəkə yeni GIF paylaşma və reklam platformasını da təqdim edib.
Hazırda aktiv fəaliyyətdə olan yeganə milli sosial şəbəkə olan Equpy insanlarla ünsiyyət və əyləncəni bir arada təqdim edir.
Sistemdə qeydiyyatdan keçmək üçün:  https://www.equpy.com/register

Muxalifet.az