​Milli Qəhrəman ACLIQ ELAN ETDİ

Baxış sayı:
2680

Ukraynada deputat toxunulmazlığı ləğv edilərək barəsində həbs qərarı verilən Nadejda Savçenko aclıq aksiyasına başladığını elan edib.
Muxalifət.az xəbər verir ki, bu barədə “112 Ukraina” telekanalı informasiya yayıb.
Məlumata görə, Savçenko aclıq aksiyası barədə qərarını məhkəmə zalında açıqlayıb.
Qeyd edək ki, Savçenko Radada terakt planlaşdırmaqda ittiham edilir. O, həm də Ukrayna Milli Qəhrəmanıdır.