Milli Məclisin sabiq komissiya sədri vəfat edib

Baxış sayı:
16255

Milli Məclisin Elm, təhsil və mədəniyyət komitəsinin sabiq sədri Rauf İsmayılov vəfat edib. APA-nın xəbərinə görə, sabiq deputat dünən dünyasını dəyişib. Bu gün Təzəpir məscidində keçirilən vida mərasimindən sonra R. İsmayılov torpağa tapşırılıb. Sabah “Təzəpir” məscidində mərhumun 3 mərasimi keçiriləcək. Qeyd edək ki, R.İsmayılov 1990-1995-ci illərdə Milli Məclisin deputatı və Elm, təhsil və mədəniyyət komissiyasının sədri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olan sabiq deputat uzun illər Azərbaycan Texniki Universitetində Xarici dillər kafedrasına rəhbərlik edib. Professor R.İsmayılov müstəqil Azərbaycanın Ali Attestasiya Komissiyasının ilk sədri olub.