MHP sədrinin terrorçubaşı Abdullah Öcalan açıqlaması!

Baxış sayı:
4534

 Separatçı terror təşkilatı PKK-nın terrorçubaşı Abdullah Öcalanın 8 il sonra vəkilləri ilə görüşməsinə icazə verilməsinə münasibət bildirən MHP lideriDövlət Baxçalı diqqət çəkən sözlər deyib.
 
Baxçalı mövzu ilə bağlı verilən suala, “Əlbəttə HDP seçicisi ilə kürd mənşəli qardaşlarımızı bir-birinə qarışdırmamaq lazımdır. Məsələni o şəkildə ələ aldığımız zaman HDP-nin səslərinin hamısını “Cümhur İttifaqı”na yönləndirə biləcək bir güzəşt siyasəti təqib edilir kimi bir anlayış ortaya çıxır ki, bu doğru deyil. Bu bir tələbat məsələsidir. Vəkili ilə uzun illər görüşə bilməməsinin israrlı bir şəklidir. Bir xanım millət vəkilinin həbsxanada 160 gündən bəri ölüm orucu tutmuş olmasındadır. Belə bir vəziyyət qarşısında cənab prezidentin ifadə etdiyi kimi, həll prosesini əhatə etməyən, amma vəkilinin tələbinə verilən bir cavabdır. Məndən soruşsanız, vəkili ilə görüşsün. Yəni görüşməsə də bunlar Qəndillə xəbərləşirlər onsuz da. Bunu böyüdərək fərqli nöqtələrə gətirərək xüsusilə PKK, onun YPG-siylə, onun HDP-siylə əməkdaşlıq edib, seçkini qazanmaq eşqinə düşənlər, ağızlarına belə bir görüşü almamaları lazımdır. Ağızlarına almaları gərəkən görüş yaxtadakı danışıqlar olmalıdır” deyə cavab verib.
“Yaxtadakı görüşməyə dair məlumatınız varmı" sualına, "Vallah mənim yaxta ilə əlaqəm yoxdur, mitili soruşursansa, onun üçün də yaxtaya ehtiyac yoxdur" deyə Baxçalı cavab verib.
Müxalifət.az