MHP sədrindən ABŞ-ın PKK liderlərinin başına qoyulan mükafat açıqlaması

Baxış sayı:
3307

MHP sədri Dövlət Bağçalı, ABŞ-ın PKK-lı sözdə lider terrorçuların başına mükafat qoyması ilə bağlı açıqlama verib.
 
ABŞ-ın bu gedişlə fərqli bir məqsəd güddüyünü, bunun yeni bir kəndirbaz oyunu olduğunu qeyd edən Bağçalı, "Məlumdur ki, üç terrorçunun ünvan və koordinatlarını ən yaxşı bilən ABŞ-dır. İstəsələr bu caniləri əlləri qoyduqları kimi taparlar" deyib.
“ABŞ-ın məqsədi başqadır, ssenari fərqlidir. Yeni bir kəndirbaz oyunu səhnədədir. PKK-nı döyməklə, YPG-ni aradan çıxaracaqlarını düşünürlər. Çox yaxşı bilirlər ki, PKK elə YPG-dir.
 
"PKK=YPG=FETÖ”
 
Hətta PKK=FETÖ=YPG-dir. PKK-lı terrorçuların başına mükafat qoymuşkən, FETÖ-çuları nə edəcəklər, həsirin altına necə itələyəcəklər? ABŞ mükafat qoymasına qoysun, amma terrorla mübarizəmizə kölgə salmasın, YPG ilə FETÖ-nu qorumağa həvəslənməsin.
 
TÜRK MİLLƏTİ BU XƏYANƏTƏ HEÇ VAXT YOL VERMƏYƏCƏKDİR
 
Cənub sərhədlərimiz boyunca sözdə böyük Kürdüstan (yəni böyük İsrail) yaradacaqlarını güman edirlərsə, Türk milləti və Türkiyə bu xəyanətə heç vaxt imkan və icazə verməyəcəkdir”.
Müxalifət.az