MHP millət vəkili PKK-CHP-İP ittifaqını ifşa etdi

Baxış sayı:
8335

MHP-nin Ordu millət vəkili Camal Enginyurt çirkli əməlləri bir-bir ortaya çıxan HDP-CHP-İP ittifaqını ifşa edib.
 
Camal Enginyurt "CHP və İP,31 mart seçkilərində HDP ilə gizli bir ortaqlıq deyil, açıq və xain bir ittifaqda idi. Kandildəki qatillərin etdiyi açıqlamalar göz önünə alındığında, İmralıdakı caninin davranışı nəzərə alındığında, bunların üçlü ittifaq qurduqları ortaya çıxır. Keçən həftə Allah onları çaşdırdı və bu çirkli ittifaqı onlara etiraf etdirdi. İndi Sezai Təməl başda olmaqla, HDP-lilər bu ittifaqın israrla davam etdirilməsini istəyirlər. HDP, CHP, İP ittifaqı qurulmuşdur. Bunu quranların başları, bu ipi tutanlar xaricdədir. Bunun içində Pensilvanyadakı Gülən də vardır.  Mərkəzi Kəşfiyyat İdarəsi də vardır. Bunların əlaqələri, idarə edənləri xaricdədir. Son olaraq Əkrəm İmamoğluna xüsusi yazı işləri müdiri olaraq təyin edilən adamın MKİ-nə xidmət etdiyi ortaya çıxdığı göz önünə alınsa, bunların xarici əlaqələri olduğu açıq bir şəkildə ortaya çıxır. CHP, HDP və İP çirkli bir ittifaqdır. Kandil və FETÖ bunların dəstəkçisidir" deyib.
Müxalifət.az