MHP AK Partiyadan TBMM başqanlığını istəyir

Baxış sayı:
4672

AK Partiya ilə MHP-nin arasında ittifaqla bağlı yeni bir iddia ortaya atılıb.
T ürkiyə Böyük Millət Məclisinin sədri Binalı Yıldırımın bələdiyə seçkilərində İstanbul namizədi olması ilə boşalacaq Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün MHP-li bir namizədin dəstəklənməsi müzakirə edilir. Məlumata görə, Binalı Yıldırımın İstanbul namizədi olması ilə TBMM sədri vəzifəsi boşalsa, yeni seçki keçiriləcək. Ümumilikdə 340 deputatı olan AK Partiya və MHP-nin səsləri TBMM sədrinin ən azı 301 səs tələb edən 3-ci turda seçilməsi üçün kifayət edir. Bu baxımdan Binalı Yıldırımdan boşalacaq Məclis sədrliyi üçün MHP-nin AK Partiyadan jest gözlədiyi kulislərdə danışılır.
Müxalifət.az