Məhəmməd Mursinin ölməmişdən öncə son sözləri!

Baxış sayı:
5119

Misirin demokratik yolla seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursi məhkəmə salonunda şəhid olub.
 
Söz mövzusu olan məhkəmə prosesində ölkənin seçilmiş ilk prezidenti "casusluqla" ittiham olunacaqdı.
 
MURSİNİN SON SÖZLƏRİ
 
Mursinin vəkil Abdulmaksud Məhəmməd Mursinin vəfat etmədən əvvəl son sözlərini açıqlayıb.
Vəkilin sözlərinə görə, Mursi vəfatından bir an əvvəl "Ölkəmin təhlükəsizliyi və salamatlığı üçün mənimlə məzara gedəcək sirlərim var" deyib.
Qeyd edək ki, Məhəmməd Mursi 2013-cü ildə general Sisi tərəfindən hərbi çevrilişə məruz qalmış və həbsə atılmışdı.
Müxalifət.az