Məhəmməd İngiltərədə ən populyar adlardan biridir

Ötən il Məhəmməd İsraildə də oğlanlara verilən ən populyar ad olub
 
Ərəb əsilli ad olan Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir.
"Mignews".com xəbər verir ki, Milli Statistika İdarəsinin tərtib etdiyi sıralamada bu ad 8-ci yer tutur.
Ötən il İngiltərə və Uelsdə Məhəmməd adı 3908 oğlana verilib. Bundan əlavə, London və Uest-Midlendsdə də bu ad ən populyar ad olub.
Qeyd edək ki, İngiltərə və Uelsdə populyarlığa görə birinci yeri Oliver adı tutur. İkinci yerdə Harri, üçüncü yerdə isə Corc adı qərarlaşıb. Sonrakı yerləri Cek və Ceykob tutur.
Qadınlar arasında sıralamada ilk iki yerdə Oliviya və Ameliya qərarlaşıb. Belə ki, Oliviya adı İngiltərə və Uelsdə yeni doğulmuş qız uşaqları arasında Ameliya adını qabaqlayıb.
Maraqlıdır ki, ötən il Məhəmməd İsraildə də oğlanlara verilən ən populyar ad olub.