“Məhkəməyə üz tutmuşuq ki, ədalətli qətnamə qəbul etsin, amma...” – ABŞERON SAKİNİ HAKİM SEVİNC QULİYEVADAN NARAZIDIR

Baxış sayı:
10579

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Əliyeva Sevda Xudaverdi qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə pezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciəöt edən şikayətçi yazır: “Mən cavabdeh kimi “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satışı Depertamentinin 0165128 N-li, 14 may tarixli əsassız AKTın ləğv edilməsi barədə iddia ərizəsi yazıb, Abşeron rayon Məhkəməsinə təqdim etmişdim. Məhkəmədən bildirdilər ki, sizin iş 645\18 N ilə hakim Sevinc Quliyevanın icraatına qəbul edilmişdir. Aradan 2 aya yaxın vaxt keçsə də, bizi məhkəməyə dəvət edən olmamışdır. Buna görə də hər ay qaza görə yüklədiyimiz pulun yarısı cəriməyə tutulur. Belə getsə, bizim məhkəməyə müraciət etməyimizin heç bir anlamı qalmır. Məsləilə bağlı 14 dekabr tarixli müraciətimdən sonra bu gün (20 dekabr – müəl.) Abşeron rayon Məhkəməsindən hakim S.Quliyevanın köməkçisi məni dəvət etmiş və bəzi iradlarını bildirərək, onları aradan qaldırmağı və yenidən məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İradlar bunlardır: 1. Yaşadığım yer üzrə ünvan dəqiqliklə qeyd edilməlidir. Arayış: yaşadığım balaca qəsəbədə küçə və prospekt olmadığından ünvan həmişə belə yazılıb. 2. Məhkəmədən xahiş hissəsində “qətnamə” sözü əvəzinə “qərar” qəbul etməyimiz yazılıb. 3. “İddia ərizəsi” sözünün altında bir balaca boş yer saxlanılb, şəxsiyyət vəsiqəsinin sürəti əlavə edilməlidir və s. boş-boş iradlar. Bildirildi ki, indi ilin axırıdır və bizim yanlış hesabatlar yazmağa vaxtımız gedir. Siz də bu düzəlişləri edin və yenidən ərizənizi təqdim edin, fevralın 4-5 -dən işə baxarıq. Bu iradlara onu bildirmək istəyirəm ki, MPM-də belə nöqsanlara görə ərizə 2 aydan sonra geri qaytarılmır. Və 2 aydan sonraya vaxt təyin edilmir. Doğrudur, mən hakimin süründürməçiliyinə görə sizlərə etdiyim şikayətə görə hakim S.Quliyeva yenə də öz ampluasında qalaraq, süründürməçiliyin kvadratına yüksəlmişdir. Yəni, demək istəyir ki, "bayaq tələsirdin, indi get 2 ay da gözlə". Hələ məlum deyil ki, yenə nə "çatışmazlıq" tapıb, ərizəmi 2-ci dəfə geri qaytaracaq. Bildirmək istəyirəm ki, mənim vəkil tutmağa pulum olmayıb. İlk dəfədir ki, məhkəməyə ərizə verirəm. Ola bilər ki, hakimin 1%-i qədər savadım olmayıb. İradları da qəbul edirəm. Ona görə də cənab ədliyyə nazirindən xahiş edirəm ki, yaxşı olardı, qadın hakim Sevinc xanım bizdən inciməsin, biz kasıb adamlarıq. "Qaz quldurları" tək bizi deyil, kütləvi olaraq vətəndaşları əsassız cərimələrlə "yükləyirlər". Sonrada dərhal cəriməni ödətdirirlər. Çörəyə verməyə pul tapmırıq, məhkəməyə üz tutmuşuq ki, ədalətli qətnamə qəbul etsin, canımız qurtarsın. Amma hələlik əksini görürük. Və heç inanmıram ki, hakim S.Quliyeva bizim işimizə bu hikkə ilə ədalətli baxa. Ona görə də xahiş edirəm ki, Abşeron rayonunun digər ədalətli hakimlərindən birinə bizim iddiamızın icraata götürülməsilə bağlı göstəriş verəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.