​Məhkəmədən Gülər Əhmədovanın vəkili ilə bağlı – QƏRAR

Baxış sayı:
2872

Vəkillər Kollegiyasının sabiq üzvü Əfsər Talıbovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Əfsər Talıbov 22 min 900 manatılıq dələduzluqda günahlandırılır.
Məlum olub ki, Əfsər Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binadakı mənzilini satmaq istədiyini bildirib. O, Xəyyam Hətəmovdan müştəri tapmağı xahiş edib.
Xəyyam Hətəmov ona Mehman Səmədovun mənzili almaq istədiyini deyib.
Kamran MTK-da hüquqi yardım göstərən Əfsər Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib.
Xəyyam Hətəmov Mehman Sadıqovu Əfsərlə tanış edib. Əfsər Talıbov Mehman Sadıqovu aldadatma yolu ilə pulunu ələ keçirib.
Əfsər Talıbov Cinayət Məcəlləsinin178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştiraçılıq, rüşvət vermə (aktiv rüşvətxorluq) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsər Talıbovun barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror cəzanın ağırlaşdırılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti araşdırılıb. Hakim heyti prokurorun protestini təmin etməyib.
Qeyd edək ki, Əfsər Talıbov son illər bir çox səs-küylü işlərdə vəkillik edib. O, sabiq deputat Gülər Əhmədovanın da vəkili olub.