​Məhkəmədə məhkumun ağzı bağlandı - 30 dəqiqədə 12 dəfə...

Baxış sayı:
4036

ABŞ-da məhkəmələrdən birində məhkumun ağzı bağlanıb.
Muxalifet.az xəbər verir ki, hakimin xəbərdarlıqlarına baxmayaraq, 30 dəqiqə ərzində 12 dəfə söz verilmədən danışan Frankli Uilyamsın ağzı hakimin qərarı ilə bantlanıb.
Hakim Russo məhkuma vəkillərin danışmasına imkan verməyi tələb edib, ancaq o, buna məhəl qoymayıb. Ona görə də hakim bu qərarı verib.
Qeyd edək ki, sözügedən məhkum qarət, adam qaçırılması və oğurluqda ittiham edilib.
Məhkəmənin qərarı ilə 24 il həbs cəzası alıb.