​MƏHKƏMƏ SƏDRİNƏ QARŞI ŞOK İTTİHAMLAR – “Bakıda 10-dan çox ticarət obyekti və möhtəşəm villaları...”

Baxış sayı:
1240

Ağdaş rayonu H.Əliyev küçəsi ev 23 sakini Səmədov Cavid Məhəmməd oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
“Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti və korrupsiya əməlləri ilə məşğul olur. O, Şəki Ağır Cinayətlər Məhkəməsini açıq-aşkar bazara döndərib. Natiq Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri olmasına baxmayaraq, külli miqdarda rüşvət aldıdığı işlərə şəxsən öz sədliyi ilə baxır. Belə olanda rüşvət verən tərəfin də hüquqlarını sərt şəkildə qoruyan sədr Natiq Əliyev sanki vəkil rolunda oynayırmış kimi, bütün qanunsuzluqlara yol verir. Onun bu əməlləri saysız hesabsızdır. Baxmayaraq ki, Natiq Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsinə 6 aydır ki, təyin edilib.
O, bundan əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri idi. Orada yol verdiyi nöqsanlara görə, edilən çoxsaylı şikayətlərdən sonra Şəki Ağır Cinayətlər Məhkəməsinə sədr vəzifəsinə təyin edildi. Burada isə vəzifəsini dəyişən Natiq Əliyev xasiyyətini dəyişmədi. İnsanlarla kobud rəftar, özbaşınalıq, korruspisya əmələri və kommersiya fəaliyyəyini davam etdirir.
Bakı şəhərində 10-dan çox ticarət obyekti və möhtəşəm villaları olan Məhkəmə sədri Natiq Əliyev bu mülklərini yaxın qohumlarının adına sənədləşdirib. Azərbaycan Respublikasının qanunlarına görə məhkəmə hakimləri kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər. Ancaq Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevi bu qanunlara riayət etmir. Çünki onu ancaq öz şəxsi maraqları düşündürür. Bu isə açıq-aşkar cinayət əməlidir. Belə bir hakimin nəinki məhkəmə sədri vəzifəsini icra etməsi, hətta hər hansı bir şəxsin barəsində olan cinayət işinin məhkəmə istintaqını aparması yolverilməzdir.
Şəki Ağır Cinayətləri Məhkəməsinin sədri Natiq Əliyevin göstərişi ilə cəza təyinatı, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar, bəraət hökmü rüşvətlə çıxarılır. Kim rüşvəti çox versə, o, haqlı cıxarıla bilər, kimin rüşvət verməyə maddi imkanı yoxdusa, ona sərt cəza təyin edilir. Baxmayaraq ki, həmin şəxsin təqsiri subuta yetirilmir.
Şəki Ağır Cinayətləri Məhkəməsinin sədri Natiq Əliyevin açdığı bazar insanları cana yığıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən və Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovdan xahiş edirəm ki, korrupsiyaya qurşanmış, kommersiya fəaliyyəti ilə məşğul olan Şəki Ağır Cinayətlər  Məhkəməsinin sədri Natiq Əliyevin barəsində ciddi tədbirlər görəsiniz”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.