​Məhkəmə saytı blokladı

Baxış sayı:
5428

Səbail rayon Məhkəməsi az24saat.org xəbər saytının bloklanmasına qərar verib. Qərarı bu gün, avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.
Bu haqda saytın rıhbəri Vuqar Qurdqanlı məlumat verib.
O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər.
Məhkəmə yekunda az24saat.org xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib.
Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcək. (Turan)