Məhkəmə qərar verdi, icrasına imkan verilmir – ŞİKAYƏT

Baxış sayı:
3577

Bakı şəhəri, Xətai  rayonu, M.Hadi küçəsi, ev86, m.58-də yaşayan Şirinova Aida Əşrəf qızı tərəfindəMuxalifet.azn redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham İ.Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Mən, 1991-ci ildən adət-ənənəilə toy edərək Qəbələ rayonun Yeni Dizaxlı  kəndinə gəlin köçərək Əliyev Ramiz Hilal oğlu ilə ailə həyatı qurdum. Nikahımız 2000-ci ildək davam etmişdir. Birgə yaşadığımız dövrdə bir övladımız olmuşdur.
Həyat yoldaşım Ramizlə ayrıldıqdan sonra mən oğlumla birlikdə Bakıda yaşamalı oldum.  Qəbələ rayonunda ailəmlə birlikdə yaşadığımız müddətdə Torpaq islahataı zamanı bizə də 0.50 ha torpaq sahəsi ( bundan 0.12 ha xüsusi mülkiyyət-həyətyanı sahə və 0.38 ha da çoxillik əkmələr üçün ) dövlət aktı əsasında verilmişdir. Biz bu torpaqda əsasən fındıq bağı salıb istifadə edirdik.
Lakin çox təəssüflər olsun ki, mənim oğlumla Bakıda yaşadığımdan və rayona az-az gəlib-getməyimi görən qayınlarım Əliyev Mübariz Hilal oğlu digər qardaşı Əliyev İlqarla sövdələşərək bizim pay torpağımızı saxta sənədləşdirmələrlə zəbt edib, qanunsuz ev tikmişlər. Belə ki, Mübarizin qardaşı İlqar Dizaxlı kənd İcra nümayəndəsinin sədri vəzifəsində işləyən Təbrizin qaynı olduğu üçün bu saxta sənədləşmə işlərini də Dövlət Əmlak Komitəsi Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətli şəxslərinin köməkliyi sayəsində verdikləri rüşvət hesabına sövdələşərək, birlikdə əsassız olaraq həyata keçirmişlər. Halbuki, qayınlarım İlqar da, Mübariz də hər ikisi Azərbaycanı 1987-ci ildən ailəsilə tərk edib bu günədək Rusiya Federasiyasında yaşayırlar və Rusiya vətəndaşıdırlar. Lakin buna baxmayaraq Mübariz bizim ailənin yaşadığı ata yurdu olan evi də gəlib öz adına sənədləşdirib, mənimsəmişdir. Baxmayaraq ki, bu evdə mənim ailəm yaşamışdır. Bizim mülkiyyətimizə  verilən torpaq sahəsindəki əkdiyimiz fındıq bağından isə Mübarizin ailəsi qanunsuz olaraq son 12-13 ildir ki, istifadə etməkdədirlər. Bizə isə öz torpağımıza keçib mülkümüzdən istifadə etməyə imkan vermirlər. Ona görə də Şəki İnzibati-iqtisad Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “JN seriyalı 146 A (kod 40606018) nömrəli bizim mülkiyyətimizdə olan torpağın saxtakarılqla Mübariz Əliyevin mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”  iddia tələbi irəli sürmüşük.
Sağ olsun məhkəmənin sədrlik edən hakimi Rüfət Məcidov ki, o iddiamıza ədalətli yanaşaraq 26 sentyabr 2018-ci il tarixli, iş n-2-1(84)-727/2018 saylı çox düzgün və əsaslı qərar qəbul edərək, iddiamızı təmin etmişdir. Qərardan cavabdeh tərəf apellyasiya şikayəti verməsə də, prosesə 3-cü şəxs kimi cəlb edilmiş Rusiya vətəndaşı Mübariz Əliyev rayondakı səlahiyyət sahibi olan qohum-əqrəbalarının köməkliyindən istifadə edərək Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli Qərarının icra olunmasına süni maneçilik  törətməyə çalışır. Halbuki, bu şəxsin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi səlahiyyətlilərilə gizli sövdələşməsi nəticəsində subyekt siyahısında bizm adımıza 146 nömrə ilə qeydə alınmış 0.50 ha torpaq sahəsinə qaynım Əliyev mübarizin adına saxta mülkiyyət sənədi hazırlanmışdır. Halbuki, məhkəmə araşdırmasında da məlum olmuşdur ki, əliyev mübarizin adı subyektlər siyahısında 145 nömrə ilə qeydə alınmış və ona JN 145 nömrəli Dövlət Aktı ilə 0.81 ha torpaq sahəsi verilmişdir.M.Əliyevə 145 nömrəilə qeydiyyata alınmasına baxmayaraq onun adına JN 146 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır ki, nəticədə mənə və oğluma məxsus 0.50 ha torpaq sahəsi qanususz olaraq Əliyev Mübarizin adına sənədləşdirilmişdir.
Cənab Prezident!
Hazırda mənim oğlum Araz hərbi hissələrin birində zabit olaraq torpaqlarımızın qorunması üçün xidmət edir. Lakin onun şəxsi pay torpağını saxtakarlıqla ələ keçirməsini təsdiq edən saxta şəhadətnamənin ləğv olunması barədə qüvvəyə minmiş məhkəmə qərarı bu günə kimi icra edilməməsi təəssüf hissi doğurur. Və Sizdən çox xahiş edirik ki, bizim vəziyyətimizi nəzərə alaraq Şəki İnzibati-İqtisad Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, İş N-2-1(84)-727/2018 saylı qərarının icra olunması və sənəd saxtakarlarının qanunazidd əməllərinə  hüquqi qiymətin verilməsi  üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.