Mey danışdı: Rusiya ölkəmizə güc tətbiq etdi

Baxış sayı:
5416

Rusiyalı kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsindən Moskva məsuliyyət daşıyır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İngiltərə Baş naziri Tereza Mey söyləyib.
Rusiyanın Londondakı səfirinin XİN-ə çağırıldığını deyən Mey zəhərin Salisburiyə necə gətirildiyi barədə soruşulduğunu bildirib.
Mey inandırıcı cavab almadıqlarını, ancaq Skripalın İngiltərədə öldürülməsinin ölkəsinə güc tətbiqi hesab edildiyini qeyd edib.
Qeyd edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya mətbuatı Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın əli olduğunu bildirib.