Metroda problemlə üzləşmək istəmirsinizsə, bunları etməyin – Sərnişinlərin nəzərinə

Baxış sayı:
9511

Səhər saatlarında yenicə açılışı edilmiş Bakı Metropoliteninin "Xətai" stansiyasında eskalatorun dayanması hadisəsi baş vermişdi. Hadisə ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşan sərnişinlər bir neçə gün öncə də eyni eyni problemlə üzləşdiklərini bildirmişdilər. 

Bəs sərnişinlər birdə belə hadisələrin yaşanmaması üçün nələr etməlidir?

Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Sabah”a danışıb. O bildirib ki, bu kimi hallarda daha ehtiyyatlı olmaq lazımdır:

“Sərnişinləri ittiham etmək istəmirəm. Sərnişinin əlində “broşka”nın bir hissəsi olub, ya da plastik bir şey olub. İndi deyə bilmərəm ki, səhlənkarlıq edib, ya təsadüfən düşüb əlindən. Bizim yeni quraşdırdığımız bu eskalatorlarda müasir standartlara uyğun gələn eskalatorlardır. Bu eskalatorlar ən kiçik hissəyə belə reaksiya verir. Bu da çox yaxşıdır. Demək ki, təhlükəsizliyimiz yetərincə qorunur. Hadisədən dərhal sonrada işçilərimiz eskalatora müdaxilə edib və hər şey qaydasına salınıb. İndi kimsə 2 dəqiqəlik bir video çəkib və yayıb. Bu videonun məqsədi  başqa şey olub. Xarab olmuş eskalator üzərində iş getməlidir. 1 dəqiqə yarımlıq və ya 2 dəqiqəlik fasilə olub, işçilər eskalatoru yoxlayıb və heç bir problem olmadığı aşkarlanaraq, işə salınıb. 

Hazırda orada Pirsen qrup şirkətinin dərin özüllü stansiyalar üçün “Viktoriya” tipli eskalatorları qurulub. 

Sadəcə məlumat üçün deyim ki, eskalatorlar yenicə quraşdırıldıqdan sonra müəyyən texniki tələblər var ki, onlar yerinə yetirilməlidir. Artıq bir neçə gündür ki, bu eskaltorlar işləyir və sərnişin yükünü hiss edir. Bu isə texnki normativlərə uyğun olaraq nəzarət altında saxlanılmalıdır, baxış keçirilməlidir.Texniki tələblərin özündə tələbləri var 1 aylıq, 3 aylıq, 6 aylıq. Amma bu baxışların keçirilməsi o demək deyil ki, eskalator xarabdır. Sahil metrosunda da belə bir hadisə baş vermişdi. Bilirsiniz sərnişinlər yeni, təmiz eskalatorlar görəndə onların marağını kəsb edir. Misal üçün işlədiyi 1-2-ci gün idi sərnişin stop düyməsini basmışdı. Bu da dərhal bilinmir, nə üçün dayanıb eskalator. Hələ bir balaca hay-küydə qopmuşdu ki, bəs eskalator xarab olub.

Bizim sərnişinlərimizdən xaişimiz o dur ki, bir az ehtiyatlı və diqqətli olsunlar. Metropoliten yeganə nəqliyyat vasitəsidir ki, uzun-uzadı istifadə etmək olur. Əlimizdə əşya olduqda bir balaca ehtiyyatlı olaq”.