Metroda DƏHŞƏTLİ ANLAR: "Avrotunel”in sabiq rəhbərini relslərin üstünə itələdi - VİDEO

Baxış sayı:
5674

İngiltərədə 46 yaşlı Pol Krossli adlı şəxs qatar gözləyərkən iki nəfəri reyslərin üstünə atmağa cəhd edib. O, ikinci cəhdindən sonra saxlanılıb.
Onun bu əməlləri metrodakı videokameralar incələndikdən sonra aydınlanıb.
Belə ki, 46 yaşlı kişi ilk dəfə iyunun 26-da Marble Arç stansiyasında qatar gözləyəndə 23 yaşlı gənci reyslərin üzərinə itələyib. Lakin gənc ətrafdakıların köməyi ilə düşməkdən son anda xilas edilib.
Ancaq P.Krossli bu əməlindən peşman olmayıb, bu dəfə isə "Avrotunel”in sabiq rəhbəri, 91 yaşlı Robert Malpası London metrosunda relslərin üzərinə itələyib. İnsident nəticəsində “Avrotunel” eks-prezidentində kəllə-beyin travması əmələ gəlib və çanaq sümüyü sınıb.
Cinayətkar qara paltarda olub və üzünü gizlətməyi bacarıb.
Görüntüləri izləyən polis Pol Krosslinihəbs edib.