​Messinin qardaşına hökm oxundu

Baxış sayı:
394

Kataloniya “Barselona”sının argentinalı forvardı Lionel Messinin qardaşı - Mattias - qanunsuz odlu silah saxlamaqda ittiham olunub və 2,5 şərti olaraq azadlıqdan məhrum edilib.
Muxalifet.az xəbər verir ki, müdafiə və ittiham tərəfi Messinin qardaşının cəza olaraq ictimai işləri yerinə yetirəcəyinə dair razılıq əldə ediblər. O, məktəblərin birində uşaqlara futbol tədris edəcək.
Mattias Messiyə qarşı cinayət işi ötən ilin noyabrında başlanılıb. Polislər onun qəzaya düşən yaxtasında odlu silah aşkarlamışdılar. Futbolçunun qardaşı bu silahın mənşəyinə dair sualı cavablandıra bilməmişdi.