Messencerdə yenilik: mesajını silə də bilərsən

Baxış sayı:
14491

Feysbuk sosial şəbəkəsində bu gündən başlayaraq yeni funksiya tətbiq edilib.
Muxalifet.az xəbər verir ki, göndərilən mesajı artıq 10 dəqiqə ərzində silmək mümkündür.
“Bu gündən başlayaraq, Messencerdə şəxsə və ya qrupa göndərdiyiniz mesajı silmək funksiyasının tətbiqinə başlamışıq”, - Feysbukun yaydığı press-relizdə bildirilir.
Bundan ötrü məlumatın üstünə sıxmaq və “hamı üçün silmək” və yaxud “özüm üçün silmək” funksiyalarından birini seçməklə istəyini həyata keçirmək olar. Mesaj yalnız göndəriləndən sonra 10 dəqiqə ərzində silinə bilər.