“Mersedes” 41 yaşlı kişini vurub – BAKIDA

Sürücü saxlanılıb
 
Bakıda minik avtomobili piyadanı vuraraq ona ağır xəsarət yetirib.
Yol-nəqliyyat hadisəsi Nizami rayonunda baş verib.
Metronun Koroğlu stansiyasının yaxınlığında yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1976-ci il təvəllüdlü Əliyev Telman Aslan oğlunu "90-PC-386" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib./report