Merkeldən Türkiyə açıqlaması: ONLARDAN DƏRS ALMALIYIQ!

Baxış sayı:
2173

 Almaniya Baş Naziri Angela Merkel, Litva prezidenti Dalia Grybauskaite və Baltikyanı ölkələrin baş nazirləri ilə keçirilən birgə mətbuat konfransında Türkiyə ilə bağlı önəmli açıqlama verib. Merkel, qaçqın problemini həll etmək üçün Afrika ilə əlaqələri gücləndirmək və Türkiyəylə əməkdaşlıq etmələri lazım olduğunu vurğulayıb.
 
Angela Merkel, "2015-də qaçqın axını baş verdi. O dövrdə xarici sərhədlərimizi kifayət qədər yaxşı qorumurduq. Frontexi (Avropa Birliyi Sərhəd Təhlükəsizliyi Qurumu) yaratdıq və bu ciddi bir addım idi, amma biz heç şübhəsiz siyasətimizi və Afrika ilə əlaqələrimiz gücləndirməliyik, həmçinin qaçqın və köçkünlərin yerləşdiyi Türkiyəylə əməkdaşlıq etməliyik" deyib.
DAEŞ-ə qarşı mübarizənin əhəmiyyətinə vurğu edən Merkel, "Bu problemin həllində məsuliyyəti bölüşməliyik. Suriyada müharibə yaradan biz deyilik, müharibə bu ölkədəki diktatura üzündən ortaya çıxdı. IŞİDə qarşı mübarizə aparmaq lazımdır. IŞİD üzündən çox sayda insan evindən oldu. Qaçqınların problemlərinə önəm verməli, bu problemlə baş edə bilən ölkələrdən dərs götürməliyik" deyə, söyləyib.
Müxalifət.az