Merkelə verdiyi çiçəklə ALMAN MƏTBUATINI HİDDƏTLƏNDİRMİŞDİ: BU DƏFƏ İSƏ..

Baxış sayı:
1129

Rusiya prezidenti Vladimir Putin, Almaniyanın baş kansleri Angela Merkeli bir dəstə güllə qarşılaması Alman mətbuatında təhqir hesab edilsə də, Fransa prezidenti Emmanuel Makronun xanımı Brigitteyə də eyni gül dəstəsini hədiyyə edib.
 
 Rusiyaya rəsmi dövlət səfəri çərçivəsində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edən Fransa prezidenti Emmanuel Makronu səmimi sözlərlə qarşılayan Putin, həyat yoldaşı Brigitte Makrona da bir dəstə gül təqdim edib. Makron cütü bu jestdən son dərəcə məmnun görünüb.
Almaniyanın baş kansleri Angela Merkel də 18 mayda Soçiyə səfər edəndə qarşısında ona bir dəstə ağ gül uzadan Putini görmüşdü. Qadın baş nazir çiçəkləri qəbul edərkən son dərəcə məmnun görünsə də, Almaniyanın ən çox satılan qəzeti “Bild”, Rusiya liderinin bu davranışla kansleri alçaltdığını və Almaniyanı təhqir etdiyini iddia etmişdi.
Bunun üzərinə Kremlin sözçüsü Dmitri Peskov, qadınlara çiçək verməyin Rusiyada nəzakət göstəricisi və bir ənənə olduğunu bəyan etmişdi.
Fransa lideri həyat yoldaşı ilə Sankt-Peterburq ziyarətində ənənənin pozulmadığı ortaya çıxdı.
Müxalifət.az