Merkel və Makrondan Balkan ölkələrinə xəbərdarlıq: "Türkiyədən uzaq durun"

Baxış sayı:
14347

Türkiyənin Balkan ölkələri ilə əlaqələri Makron və Merkelin böyük narahatlığına səbəb olub. Balkan ölkələrinin liderləri ilə görüşdə bu yöndə xəbərdarlıqlar edilib.
 
Avropa Birliyinin (AB) nəhəngləri Almaniya və Fransa Berlində zirvə toplantısında Balkan ölkələri ilə görüşüb.
Serbiya və Kosova arasındakı anlaşılmazlıqlar, Balkan ölkələrinin AB üzvlük prosesi və Türkiyə ilə Rusiyanın bölgədəki nüfuzu müzakirə olunan məsələlər arasında olub.
Masadakı ən əhəmiyyətli mövzular arasında Türkiyə ilə Rusiyanın bölgədəki nüfuzu olub.
Zirvə toplantısında Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo, Serbiya, Xorvatiya və Sloveniya liderləri iştirak edib.
 
Makron: Türkiyəyə yönələn Balkan ölkələri istəmirik
 
Fransa prezidenti Emmanuel Makron ötən il "Türkiyə və ya Rusiyaya yönələn Balkan ölkələri istəmirik" ifadələrinə yer vermişdi.
Zirvə toplantısından əvvəl açıqlama verən Makron, "Almaniya ilə Fransa arasındakı tarixi sülhün nümunəsini tətbiq etmək istəyirik. Bu Balkanlarda çox əhəmiyyətlidir".
 
AB YENƏ ƏNDİŞƏLİDİR
 
Xorvatiya və Sloveniya AB üzv ölkələridir, ancaq digər Balkan ölkələri AB qapısında gözlədilir. Balkan ölkələri bu müddətdə Türkiyə ilə əməkdaşlıqda olması ABŞ və AB-də narahatlıqlara səbəb olub.
Ötən il “Reuters” də Türkiyənin Balkan ölkələri üzərində təsirini artırdığını yazmışdı.

Müxalifət.az