​Merkel Tereza Meyi qarşılamadı - Qəribə olay

Baxış sayı:
14185

Breksit danışıqları ilə bağlı Almaniyanın paytaxtı Berlinə gələn İngiltərə Baş naziri Tereza Meyi avtomobilindən enərkən rəsmi şəkildə qarşılayan olmayıb.
Muxalifet.az xəbər verir ki, bu məsələyə “İndependent” nəşri diqqət çəkib.
Protokol qaydalarına görə Meyi avtomobildən enərkən kansler Angela Merkel qarşılamalı idi.
Belə ki, baş nazir avtomobilindən enir və qırmızı xalça üzərindən təkbaşına, müşayiətsiz şəkildə binaya daxil olur.
Lakin daha sonra Mey Merkellə birgə binadan çıxır və ikilikdə jurnalistlərin sualları cavablandırılır.