​MERKEL ƏSƏBİLƏŞDİ: Federasiya türk futbolçularla bağlı hərəkətə keçəcək

Baxış sayı:
6019

Almaniya kansleri Angela Merkel türk əsilli alman futbolçular Mesut Özil və İlkay Gündoğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsini sərt şəkildə tənqid edib.
Muxalifət.az xəbər verir ki, kansler sözçüsü vasitəsilə açıqlama verib və görüşü “yanlış anlamaya rəvac verən” durum adlandırıb.
Hökumət sözçüsü Steffen Seybert Berlindəki fövqəladə mətbuat konfransında verdiyi açıqlamada “model milli komanda oyunçularının” Ərdoğan ilə görüşməsinin sual işarələri yaradan və yanlış anlaşılmağa yol açan vəziyyət olduğunu deyib.
Hökumət sözçüsü bildirib ki, Almaniya Futbol Federasiyası da mövzunu gündəmə gətirəcək və lazımi tədbirlər görəcək.
Ərdoğanın alman futbolçularla görüşündən çəkilən fotoların Ədalət və İnkişaf Partiyasının sosial media hesabında paylaşılması Almaniyada sərt etirazla qarşılanıb. Bu hərəkət Ərdoğanın seçki kampaniyasının təxribatı olaraq dəyərləndirilib.
Steffen Seybert “Merkel bu durumu seçki kampaniyasına dəstək kimi dəyərləndirir” sualını cavabsız qoyub.