Merkel məndən soruşdu ki, sizdə... - Ərdoğan

Baxış sayı:
8488

Sonuncu dəfə Almaniyaya səfər edəndə kansler Angela Merkel məndən Türkiyədəki tələbələrin sayını soruşdu.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mədəniyyət Konqresində çıxış edərkən deyib.
"Elm əxlaqi dəyərlərə söykənərsə, o nisbətdə bəşəriyyətə xidmət edər. Elmin kommersiya halına gəlməsinə yol verməməliyik. Biz varisi olduğumuz mədəniyyətlərin elmə xidmətlərini davam etdirməsi üçün çalışmalıyıq.
Sonuncu dəfə Almaniya səyahətimdə Merkeldən soruşdum ki, "Sizdə universitet tələbələrinin sayı nə qədərdir? - 3 milyon",- dedi. Əlbəttə əhali sayı bizdən çoxdur. Məndən də soruşdu, 8 milyon dedim. Təbii ki, oradaca bir çaşqınlıq keçirdi. Əlbəttə bir keyfiyyət-kəmiyyət məsələsi var, amma bunu qarşıdakı illərdə aradan qaldıracağımıza inanıram", - Ərdoğan qeyd edib.