Menbiçdə ABŞ-la Türkiyə qarşı-qarşıya gələ bilər - VƏDLƏRİNƏ ƏMƏL ETMƏDİLƏR

Baxış sayı:
2536

Muxalifet.az  xəbər verir ki, iyulun 4-dən etibarən PKK/PYD-nu Menbiçdən çıxarağına söz verən ABŞ bir daha vədinə xilaf çıxıb. Terrorçular hələ də şəhəri tərk etməyiblər.

Amerikalı hərbçilər Menbiç küçələrində PKK/YPG terrorçuları ilə qol-qola şəkillərini yaymaqdan çəkinmirlər. Ankaraya sanksiya yağdırmaqla məşğul olan Amerikanın Menbiçdə də vədinə xilaf çıxması “Türkiyəni aldadırmı” sualının yaranmasına səbəb olur. Türkiyə ilə ABŞ arasında sanksiya böhranı baş verdiyi bir dövrdə daha əvvəldən razılaşma əldə edilən Menbiç yol xəritəsində hələ ki, Ankaranı məmnun edəcək razılaşma əldə edilməyib. ABŞ-ın rahib Bransonu bəhanə edərək, sanksiya tətbiq eləmək səyləri qədər Suriyadakı əməkdaşlıq məsələsində də ləng davranması diqqəti cəlb eləməyə başlayıb.

İyulun 4-də Qəndildən gələn, cəmi 10 nəfərə qədər terrorçu Menbiçi tərk eləsə də, qalan terrorçular şəhərdə qalmaqdadırlar. Hətta amerikalı hərbçilərin YRG terroçuları ilə birlikdə futbol oynadığını göstərən təsvirlər mətbuata təqdim edilmişdi.

Patrul gəzintilərinə davam

Vəziyyət belə olduğu halda regiondakı mənbələr də Menbiçdə PYD/ YPG varlığının qalması ilə yanaşı, türk hərbçilərin də “Fərat qalxanı” ərazisi ilə Menbiç arasındakı 45 kilometrlik sahədə amerikalılarla koordinasiyalı şəkildə patrul yoxlamaları apardıqlarını bildirir.

Ankara isə mümkün qədər tez zamanda Menbiçin daxili məhəllələrində patrul yoxlamalarının aparılmasını istəyir. Bunun üçün də, ilk növbədə PKK/PYD-YPG terrorçularının Menbiçi boşaltması lazımdır. ABŞ isə terror təşkilatını Menbiçdən çıxarmağa tələsmir. İyulun 4-dən bəri bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ terrorçiların şəhəri boşaltmaması və prezident T.Ərdoğanın da Menbiçdə işlərin gözlənildiyi keçməməsini söyləməsi də bunun isbatıdır.