Menbiçə ərəb qoşunu yeridilir? - MOSSAD-A YAXIN KİV

Baxış sayı:
5188

Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri Suriyanın terrorçuların nəzarətindəki Menbiç bölgəsinə səfər ediblər. Bu barədə MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” nəşri informasiya yayıb. Məlumata görə, ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra nəzarət Misir və BƏƏ-yə təhvil verilə bilər. Hətta bununla bağlı BƏƏ, Misir və Ağ Evin sıx təmasları mütəmadi olaraq qoruyub saxladıqları bildirilir. Nəşr bundan əlavə bir sıra digər ərəb ölkələrinin də Suriyaya, İran təhdidinə qarşı, ordu yeritməyə hazırlaşdığını qeyd edib.