Melaniya Trampın geyimi tənqid obyekti oldu

Baxış sayı:
4036

ABŞ-ın 1-ci ledisi Melania Tramp, ilk xarici səfərini təkbaşına həyata keçirdiyi Afrika turunda geyimləri ilə diqqəti çəkib. Keniya ziyarətində 19-cu əsrdəki müstəmləkə dövründəki müstəmləkəçilərin başına qoyduqları şlyapanı qoymaqla sosial mediada tənqidləri üzərinə çəkib. Afrika turunun son dayanacağı üçün Misirdəki paltar seçimi də çox danışılıb.


 
Melania Trampın Keniyada bir heyvan sığınacağında bala filləri müşahidə etdikdən sonra çıxdığı safaridə ağ şlyapa başına qoyması mübahisə yaradıb. Çünki o başı geyimi illər əvvəl Afrikaya gələn müstəmləkəçi Avropalıları xatırlatdığı ifadə edilib.
İngilis “The Guardian” qəzeti sözügedən şlyapaların ağ müstəmləkəçiləri əks etdirdiyini bildirərək "bir status və təzyiq simvoludir" - deyə yazıb.


 
SON SƏFƏRİ MİSİRƏ OLDU
 
Birinci ledinin Misir səfərində geyindiyi paltarlar isə sosial mediada gündəm yaradıb. Bəzi sosial media istifadəçiləri Melania Trampın paltarlarını "Qəşəng avantürist" kimi qiymətləndirib. İstifadəçilər Melania Trampın kombi nasiyasını "İndiana Cons” film sırasından çıxmış kimi dayandığını söyləyib. Bəzi istifadəçilər isə birinci laedini 1920-ci illərdə arxeoloqların geydiyi paltarları kopiya etməklə ittiham edib.
Müxalifət.az