Melania Trampın ziyarəti Türklərin təpkisinə səbəb oldu!

Baxış sayı:
25009

 ABŞ prezidenti Donald Trampın xanımı Melania Trampın FETÖ ilə əlaqəli olan bir məktəbi ziyarət etməsi sosial mediada təpkiyə səbəb olub.
 
ABŞ prezidenti Trampın xanımı Melania Tramp Oklahomaya həyata keçirdiyi səfər zamanı bir FETÖ məktəbini ziyarət edib.
Birinci ledinin bu səfəri beynəlxalq mətbuat təşkilatları tərəfindən təqib edilib. Məktəb haqqında FETÖ məktəbinin idarəçilərindən məlumat alan Melania Tramp, sinifləri də ziyarət etməklə şagirdlərlə vaxt keçirib.
Qeyd edək ki, 15 iyuldan sonra ABŞ FETÖ-ya qarşı etidallı davranışını davam etdirir. Xüsusilə Ədliyyə Nazirliyi səviyyəsində aparılan FETÖ araşdırması çərçivəsində olduqca yavaş bir istintaq aparan ABŞ rəhbərliyi FETÖ-çulara qucaq açıb, rahat bir həyat davam etdirmələrinə imkan tanıyır.
Müxalifət.az