​Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 58-ə çatıb - YENİLƏNİB

Meksikada  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.
Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.
 
***
21:13
 
Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
“Reuters” agentliyinin verdiyi xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.
Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.