Meksikada zəlzələ: 149 NƏFƏR ÖLÜB

Yeraltı təkanların gücü 7,1 maqnituda olub
 
Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 149 nəfər həyatını itirib.
Bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puenteyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında", - deyə Puentenin "Twitter"də yazdığı məlumatda bildirilir.
Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.