Meksika sərhədinə divar hörməliyik - Tramp

Baxış sayı:
673

Biz cənubdan gələn təhlükəni önləmək üçün Meksika sərhədinə nəhəng divar hörməliyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
Dövlət başçısı bildirib ki, bu ölkədən gələn böyük narkotik axınının qarşısını almaq üçün yeganə yol sədd inşa etməkdir.
Qeyd edək ki, Ağ Ev rəhbəri bundan öncəki açıqlamalarında bildirib ki, inşa ediləcək divarın xərclərini Meksika hökuməti qarşılamalıdır.