Mehman Hüseynovu anasının dəfn mərasiminə buraxıblar

Baxış sayı:
2758

Penitensiar Xidmət həbsdə olan bloger Mehman Hüseynovun anasının dəfn mərasiminə buraxılması ilə bağlı müraciətini təmin edib.
 
M.Hüseynovu aparan avtomobil avqustun 6-da saat 17:00-a yaxın 14 saylı koloniyadan çıxıb.
Blogerin anası, 71 yaşlı Firəngiz Hüseynovanın dəfn mərasimi avqustun 7-də olacaq.
Xatırladaq ki, o, avqustun 6-na keçən gecə kəskin ürək çatışmazlığından vəfat edib. Blogerin anası ilə görüşmək üçün etdiyi əvvəlki müraciətlərə məhəl qoyulmayıb.
Mehman Hüseynov siyasi məhbus sayılır, polisin təhqir edilməsi ilə bağlı saxta ittihamla mühakimə edilib. Onun təqib edilməsinin əsl səbəbi hakimiyyətin özbaşınalığını və korrupsiya faktlarını ifşa edən satirik videoçarxlarıdır.