​Medvedyev bitkoindən danışdı: BİR NEÇƏ İL ƏRZİNDƏ...

Baxış sayı:
649

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyev kriptovalyutaların bir neçə il ərzində yoxa çıxa biləcəyini deyib.
Muxalifət.az xəbər verir ki, o, blokçeyn texnologiyasının gündəlik həyatda real olmaq imkanına malik olduğunu bildirib:
“İnternet həyatımızda açar rolunu oynayır. Eynilə, bir neçə il ərzində kriptovalyuta yoxa çıxa bilər, bu kriptovalyutaların inkişaf etdirdiyi texnologiya, yəni blokçeyn gündəlik həyatımızın reallığının bir hissəsi olacaq”.
Qeyd edək ki, daha əvvəl dünyanın ən məşhur və bahalı kriptovalyutasının bitkoin olduğu müəyyən edilmişdi. Bu gün onun qiyməti 3,62% aşağı düşərək 13 min 200 dollara çatıb.