​MDB-nin üç ölkəsi “Ölümsüz alay”a izn vermədi

Baxış sayı:
13603

Özbəkistan hökuməti ölkədə “Ölümsüz alay” aksiyasının keçirilməsinə izn verməyib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı Daşkənd meriyasının mətbuat xidməti yayıb. Məlumata görə, qadağaya səbəb aksiyanın hərəkət marşrutunun lazımi orqanlarla razılaşdırılmaması olub.
Özbəkistanla yanaşı daha iki ölkədə “Ölümsüz alay”a qadağa qoyulub. Belə ki, Belarusun Vitebsk Şəhər Administrasiyası, Qazaxıstanın isə Aktobe şəhər rəhbərliyi yürüşə izn verməyib.
Belarusda “Ölümsüz alay” aksiyası yerinə “Belarus xatırlayır” aksiyasının təşkil edilməsi təklif olunub.