Matviyenko Ərdoğanla görüşdə: Cavabını verməliyik!

Baxış sayı:
7009

Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İdlib mövzusunda müzakirə aparıb. Muxalifet.az xəbər verir ki, bu barədə Matvienkonun özü jurnalistlərə açıqlamasında deyib. “İdlib mövzusu qaldırıldı. Mən həyəcan çağırışı edərək dedim ki, İdlib istiqamətindən rus bazalarının atəşə tutulması davam edir. Bu, bizi narahat etməyə bilməz, biz cavab verməyə bilmərik”, - deyə Rusiya rəsmisi bildirib. O, həmçinin Ərdoğanın da bu məsələdən narahat olduğunu vurğulayıb.