"Maska taxmayanlar qaydanı pozmuş sayılır" - DİN-dən AÇIQLAMA

Baxış sayı:
4054

"Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:

"Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".