​Maşınlardan oğurluq edənlər ələ keçdi

Baxış sayı:
14176

Oğurluq etmiş Ə.Zeynallının ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daha 2 avtomobildən 300 manat pul və akkumulyator oğurlaması da müəyyən edilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Təhməzovun “TOFAŞ” markalı avtomobilindən qol saatı və sənəd oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb. 
Eyni zamanda oğurluq etdiyinə görə tutulan E.Ağalarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Daewoo” markalı bir avtobusdan 108 manat pul oğurlaması da müəyyən edilib.