Maşınla vurulan piyada xəstəxanada öldü

Baxış sayı:
10288

Fevralın 27-də saat 21 radələrində Gəncə şəhəri M.A.Abbaszadə küçəsində şəhər sakini U.Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən həmyerlisi S.Süleymanovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.