Masallıda mikroavtobus beton maneəyə çırpılıb: xəsarət alanlar var

Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir
 
Bakıdan Lənkərana gedən "QAZel" markalı mikroavtobus Masallı rayonu ərazisində beton maneəyə çırpılıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
Hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəsarət alanlar Lerik rayon sakinləridir. Onlar Bakıda keçirilən toy mərasimindən Lənkərana qayıdırmış. Qəzaya səbəb kimi sürücünün diqqətsizliyi göstərilir.
Faktla bağlı araşdırma aparılır.