Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu - FOTO

Baxış sayı:
8236

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib. Hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş. Faktla bağlı araşdırma aparılır (Report).