​Masadakı Afrin hesabatı - ZORƏN APARILAN UŞAQLAR, MİNLƏRLƏ SİLAHLI TERRORÇU, AMERİKA AVTOMATLARI, RAKETLƏR...

Baxış sayı:
717

Muxalifət.az xəbər verir ki, Türkiyənin əməliyyat keçirmədiyi şimal şəhəri Afrin 2012-ci ildən bəri PYD-YPG/PKK terror təşkilatının nəzarətindədir. Hesabata görə, Afrində hələ də 8 min nəfərə yaxın silahlı terrorçu olduğu halda, terror ordusunun silah zoruna öz sıralarına qəbul elədiyi şəxslərin 10 faizinin 18 yaşından aşağı uşaqlardan ibarət olduğu bildirilib.
Afrindəki silahlı terrorçu qrupunu PKK-nın Qəndil rəhbərliyinin göndərdiyi şəxslər idarə edirlər. Türkiyədən və PKK-nın Şimali İraqdakı düşərgələrindən də 2 min nəfərə qədər silahlı təşkilat üzvünün də Afrində olduğu deyilir. Təşkilat rəhbərliyinin müddət ərzində Türkiyə əməliyyatına qarşı hazırlıq gördüyü, xəndəklər qazaraq sığınacaqlar yaratdığı da qeyd edilib.
 
Uşaqları silah gücünə aparırlar
 
Hesabatda terror təşkilatının silah gücünə öz sıralarına cəlb elədiyi insanların 10 faizinin yaşı 18-dən kiçik olan uşaqlar olduğu bildirilir. Xəbər verilir ki, təşkilat bölgədə uşaqları zorla ailələrindən qopararaq, silah gücünə aparır, qısa müddətli təlimdən sonra sipər və səngərlərə göndərərək növbədə durmağa məcbur edir. Uşaqlarını vermək istəməyən ailələrə təzyiq göstərilir, həbs və ya başqa cəzalar tətbiq edilir.
 
200 terrorçu sızdı
 
Hesabatda PKK-nın silah-bomba təlimi verdiyi 3 düşərgənin də Afrində yerləşdiyi, Türkiyəyə terror törətmək məqsədilə göndərilən canlı bomba və digər terrorçuların bu düşərgələrdə təlim keçdiyi bildirildi. PKK-nın Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhədində yerləşən Amanos dağların qapı olaraq gördüyü Afrin vasitəsi ilə terrorçuları, silah və sursatı Türkiyəyə göndərdiyi, son bir il ərzində 200 nəfərə yaxın terrorçunun silahlı toqquşma, basqın və terror məqsədi ilə Afrin vasitəsi ilə Türkiyəyə sızdığı aşkar eilib.
 
Ağır silahlar da var
 
Afrindən Amanos dağlarına sızan qrupların tankvuran silahı, raket və irikalibrli pulemyotlar kimi ağır silahlar ilə təyyarəvuran mərmilərin belə olduğu; təşkilatın 2015-ci ildən indiyə qədər Afrində silah və sursat ehtiyatı yığdığı məlumatı paylaşılıb. Terrorçuların bu bölgədə M16 Amerika avtomatları, Kalaşnikov, Doçka, mina və raketaranları mövcuddur.
 
Türkmən və ərəb köçü
 
Türkiyənin Afrində əməliyyat keçirmək xəbəri yayıldıqdan sonra şəhərdə köç başlanıb. Xüsusilə Türkiyə ilə sərhəd kəndlərdə yaşayan insanların evlərini tərk elədiyi bildirilib. Son 3 gün ərzində Afrini tərk edənlərin sayı 20 min nəfərə çatıb. İnsanlar müxalifətçilərin nəzarətindəki İdlib, “Fərat qalxanı”ndan sonra Türkiyənin nəzarətində olan Azez və Suriya hökumətinin nəzarətində olan Hələb şəhərinin şimalına köç edirlər. Köçənlərin əksəriyyətinin Afrində yaşayan ərəb və türkmənlər olduğu bildirilir. Türkiyə köçkünlərin yerləşdirilməsi üçün Azez bölgəsində yeni çadır şəhərcikləri qurmağa başlayıb.