“Mardan Palas” ətrafında yeni problem – SATIŞ DAYANDI

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı “Mardan Palas” (“Mardan Palace”) otel kompleksi artıq rəsmi saytı vasitəsi ilə onlayn otaq satışlarını dayandırıb.
Məlumata görə, otelin rezervasiya xəttinə və göndərilən sorğulara cavab verilmir. Saytda otaq sifariş etmək istədikdə isə axtarılan kriteriyalara uyğun nömrə olmaması barədə bildiriş ortaya çıxır. Dünyanın ən yaxşı oteli seçilən “Mardan Palas”ın saytı oteldə sentyabr və oktyabr aylarında qeydiyyatdan keçməyin mümkün olmadığını göstərir. Noyabr ayının göstərildiyi tarix isə sistem tərəfindən avtomatik ləğv olunur.
Otelin tək problemi satışların dayandırılması deyil. Antalya Çalışma və İş qurumuna otelin personalı tərəfindən maaşların ödənməməsi barədə çoxsaylı şikayətlər daxil olduğu bildirilir.
Qeyd edək ki, “Mardan Palas” otelinin tikintisinə 1.4 milyard dollar sərf edilib (Axar.az).