Maqnitoqorskda cəsədlərin sayı 7-yə çatdı - DAĞINTILAR ALTINDA ONLARLA SAKİN QALIB

Baxış sayı:
2509

Dünən Bakı vaxtı ilə səhər saat 5-də Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində 10 mərtəbəli binanın bir bloku qaz patlayışı nəticəsində uçub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

Bu gün səhər saatlarına olan məlumata əsasən, dağıntıların altından yeddi nəfərin cəsədi çıxarılıb. Daha beş nəfər, o cümlədən bir uşaq xəstəxanaya çatdırılıb. Hazırda binanın 38 sakininin taleyi naməlum olaraq qalır.

FHN-dən onu da bildiriblər ki, binanın digər hissələrinin uçma təhlükəsi qaldığından, xilasetmə işlərində ağır texnikadan istifadə etmək mümkün deyil.