"Manafın 6 toyuna getmişəm, hərəsinə də 300, 200... qızımın toyuna cəmi 500 manat pul saldı" - Xanım sənətçi canlı efirdə NARAZILIQ ETDİ

Baxış sayı:
6544

Təxminən 2 il öncə övladlığa götürüb saxladığı doğma qardaşı qızını ərə verən Mənzurə Musayeva Manaf Ağayevin toya saldığı məbləği açıqlayıb. Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu açıqlamanı xanım ifaçı "Hər şey daxil"in reklam arasında aparıcı Tarix Əliyevin (Tolik) suallarını cavablandırarkən verib. Mənzurə "qızının" toyuna Manafın 500 manat pul yazdırdığını bildirib: "Manaf toya 500 saldı. Az saldı da! Mən Manafın 6 toyuna getmişəm - Ev gördüsünə, xınayaxdı, uşaqlarının toyuna, hər bir şeyinə getmişəm. Hərəsinə də 300, 200... Onu hesablayanda gəlir 1500-ə çıxır".